1656932619 vladimir putin and sergey shoigu saint petersburg 2017 07 30 1

Rusiya Prezidentu Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya yaxın hesab olunan şəxslərin mövqelərini zəiflətməyə çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (İSV) araşdırmasında qeyd olunur.

İSV-nin iddiasına görə, Dövlət Dumasının müdafiə komitəsinin sədri, general-polkovnik Andrey Kartapolov vəzifəsindən uzaqlaşdırıla bilər.

Onun yerinə general-polkovnik Aleksandır Lapinin namizədliyinin nəzərdən keçirilir. Lapinin namizədliyi hazırda hakim “Vahid Rusiya” partiyasında müzakirə olunur, lakin yekun qərar hələ qəbul edilməyib.

İddialara əsasən, o, seçkilərdə Tatarıstan bölgəsi üzrə partiya siyahısından namizəd ola bilər. Lapin hərbi vəzifələrdən ayrıldıqdan sonra Rustam Minnikhanovın müşaviri kimi fəaliyyət göstərir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: