Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Globalinfo.az xəbər verir ki, toplantı BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiridir.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunub.
Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edib.
Həmçinin müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə edilib.
Sent-Vinsent və Qrenadinlər hökümət başçısının müşaviri Byron-Cox Richard Anthony Beresford gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında danışıb:
“Müstəmləkə və neokolonial idarəetmə altında olan ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunur”.
Kanak İşçilər və İstismar Olunanlar İttifaqının (USTKE) Vitse-prezidenti (Yeni Kaledoniya) Haocas Roch Manoje bildirib ki, Kanakidə Fransa tərəfindən həyata keçirilən miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olaraq yerli kanak əhalisini azlıq vəziyyətinə salmış, onların şəhər mərkəzlərindən periferiyalara sıxışdırılması ilə nəticələnib:
“Paralel olaraq, adaya köçürülmüş avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin dərinləşməsini daha da gücləndirmişdir”.
Boneyr İnsan Hüquqları Təşkilatının gənc nümayəndəsi Finies Kristan Tyee Eugenenin sözlərinə görə, Boneyrada Niderland müstəmləkə siyasətinin davam edən təsirləri, artan turizm və xarici investisiya təzyiqləri ilə birlikdə mənzil bazarında kəskin qiymət artımına səbəb olur:
“Bu proses yerli əhalinin əlçatan yaşayış imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq sosial bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarır”.
Həmçinin tədbirdə vurğulanıb ki, Mayotda “Çido” siklonu nəticəsində infrastrukturun 90%-dən çoxu sıradan çıxmış, 100 mindən artıq insan evsiz qalaraq məcburi köçkün vəziyyətinə düşmüşdür. Genişmiqyaslı humanitar fəlakət fonunda Fransa hakimiyyətinin gecikmiş və baş vermiş fəlakətə etinasız reaksiyası böhranın miqyasını daha da dərinləşdirmişdir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Globalinfo.az xəbər verir ki, konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiridir.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də öz nümayəndələri ilə təmsil olunur.
Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri də daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edir.




