qatar

Xəbər verdiyimiz kimi, 26 maydan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkəti bərpa olunacaq. Bu, Bakı və Tbilisi arasında sərnişin qatarlarının 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlaması deməkdir. Proses çərçivəsində qatar xəttinin açılış mərasiminin keçirilib-keçirilməyəcəyi də maraq doğurur.

Açılış tədbirinə hər iki ölkənin rəsmi nümayəndələri və deputatları qatılacaqmı?

Globalinfo.az bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlayıb.

Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Həmin suallar və digər təfərrüatlarla bağlı əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: