2 44

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü gününə start verilib.

Globalinfo.az xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub.

Həm ölkə başçılarının iştirakı sayı, həm də qeydiyyatdan keçən iştirakçı sayına görə WUF13 sözügedən forum tarixində ən yüksək göstəricilərdəndir.

Ləman İmran
Globalinfo.az

Paylaş: