Avroviziya müsabiqəsinin iştirakçıları üçün mövcud meyarlar şeytanidir.
Globalinfo.az xəbər verir ki, bunu “RİA Novosti”nin sualını cavablandıran Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Sergey Lavrov bildirib.
“Dərhal demək istəyirəm ki, biz hazırda Avroviziya mahnı müsabiqəsinin iştirakçılarını müəyyən edən və əslində açıq şeytanpərəstlik meyarları olan meyarlara cavab vermirik”, – o bildirib.
Qeyd edək ki, 2026-cı il mahnı müsabiqəsinin nəticələrinə görə, birinci yeri bolqarıstanlı müğənni Dara “Bangaranga” mahnısı ilə, ikinci yeri isə israilli Noam Bettan “Mişel” mahnısı ilə qazanıb. Rumıniyalı müğənni Aleksandra Kapitanesku ilk üçlüyü “Choke Me” mahnısı ilə bağlayıb.
Tahir Turan
Globalinfo.az