almaniya

Almaniya hakimiyyəti Türkiyənin Avropa Birliyi ilə daha da yaxınlaşması istiqamətində və üzvlük məsələsində dəstək verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Yohann Vadeful Berlində türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Əgər Türkiyə Avropa Birliyinə qoşulmaq istəyirsə, o zaman Almaniyada özünə dost və etibarlı tərəfdaş tapacaq”, – deyə Vadeful vurğulayıb.

O, Türkiyənin üzvlük üçün bütün zəruri meyarlara cavab verməli olduğunu diqqətə çatdırıb.

Vadeful Türkiyənin Birliyə qoşulmaq istəklərini uğurlu addım kimi dəyərləndirib:

“Biz Türkiyənin mühüm NATO müttəfiqi və AB üçün vacib ticarət tərəfdaşı kimi Avropa Birliyinə daxil olmasını dəstəkləyirik”, deyə nazir qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: