iran 1112

İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a deyil, Rusiyaya təhvil verməyə razıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadat” telekanalının yaydığı yenilənmiş saziş layihəsində bildirilib.

Məlumata görə, İran müəyyən şərtlərlə uranı Rusiyaya ötürməyə hazırdır. Lakin həmin şərtlər açıqlanmayıb.
Tehran həmçinin müharibə nəticəsində dəyən ziyana görə ABŞ-dan kompensasiya tələbindən imtina edə bilər. Bunun əvəzində isə Vaşinqtondan iqtisadi güzəştlər gözləyir.

İran eyni zamanda Hörmüz boğazı ətrafında mümkün gərginliklərdə Oman və Pakistanın fəal rol almasını, ABŞ-la mümkün razılaşmalara isə beynəlxalq təminat verilməsini istəyir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: