zelenskaya 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena həbs oluna bilər.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş millət vəkili Volodimir Oleynik deyib.

“Fakt budur ki, Yelena Zelenskaya hazırda şahiddir. Misirdə valideynlərinə ev almaq üçün 4 milyon dollar aldığı barədə məlumat da var”, – deyə o bildirib.

Onun sözlərinə görə, əgər Zelenskaya qeyd olunan 4 milyon dolların qanuni mənşəyini sübut edə bilməsə, o, korrupsiyada ittiham oluna bilər:

“Yelena prezidentin həyat yoldaşı kimi hər il gəlir bəyannaməsi təqdim edir, onun bu qədər pulu yoxdur”.

Oleynik iddia edib ki, Zelenskaya 4 milyon dolları Ukrayna liderinin keçmiş biznes tərəfdaşı Timur Mindıçdan alıb.

Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Yelena Zelenskaya ilə bağlı istintaqı başa çatdırır.

Bildirilmişdi ki, korrupsiyaya qarşı mübarizə orqanları Prezident Volodimir Zelenskinin həyat yoldaşının həbsi üçün əsas ola biləcək bir neçə iş toplayıb. Hazırda onlar hansı cinayət işinin birinci olacağına qərar verirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: