
İran Yaxın Şərq ölkələrini bölgədəki xarici qüvvələrin fəaliyyətinə qarşı diqqətli olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, Tehran regiondakı heç bir ölkə ilə düşmən münasibətində deyil və bütün qonşularla əməkdaşlığı dəstəkləyir:
“Xarici güclər bölgədə qarşıdurma yaratmağa çalışır və Yaxın Şərq dövlətləri bu məsələdə ayıq davranmalıdır. Son hadisələrdən nəticə çıxarmaq vacibdir. ABŞ-ın bölgədəki hərbi iştirakı təhlükəsizliyi təmin etmir, əksinə yeni risklər və qeyri-sabitlik yaradır.
Yaxın Şərqdə təhlükəsizlik yalnız region ölkələri arasında etimadın artırılması və daxili təhlükəsizlik mexanizmlərinin formalaşdırılması ilə mümkün ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az