Tanınmış rejissor Elçin Musaoğlunun atası, yazıçı-dramaturq Musa Quluzadə vəfat edib.
Bu barədə Globalinfo.az-a rejissor E.Musaoğlunun yaxınları məlumat verib.
Qeyd edək ki, Musa Quluzadə 1939-cu ildə Masallı rayonunda anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Allah rəhmət eləsin!














