WhatsApp Image 2026 05 18 at 11.37.09

“Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası çərçivəsində keçirilən nazirlər görüşündə iştirak etmək mənim üçün böyük şərəf və imtiyazdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa WUF13 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Nazir bu mühüm müzakirənin qlobal şəhər gündəliyi üçün kritik bir dövrdə təşkilinə görə təşəkkür edib:

“Builki Ümumdünya Şəhərsalma Forumunun mövzusu “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” bizə xatırladır ki, adekvat və əlçatan mənzil texniki məsələ deyil, dayanıqlı inkişafın əsas təməlidir.

Hazırda BMT-Habitat Assambleyasında biz qlobal öhdəliklərin milli və yerli səviyyədə praktiki fəaliyyətə çevrilməsinin vacibliyini vurğulayırıq. Bu isə Yeni Şəhər Gündəliyinin lokallaşdırılmasının əhəmiyyətini bir daha ön plana çıxarır”.

Nazir bildirib ki, müzakirələr və yaxın zamanda Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclas qarşıdakı beş ildə məqsədlərə nail olmaq üçün hansı təxirəsalınmaz addımların atılmalı olduğunu qiymətləndirmək baxımından olduqca vacibdir:

BMT-Habitat Assambleyası bu prosesdə ən yüksək qərarverici orqan kimi fəaliyyətini davam etdirir və şəhərsalma ilə bağlı idarəetmə sahəsində bizə zəruri siyasi istiqamət verir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: