
Türkiyə Super Liqasının son həftəsində “Fənərbaxça” evdə “Eyüpspor” ilə 3-3 heç-heçə edib.
Globalinfo.az xəbər verir ki, bu hesabla “Fənərbaxça” mövsümü 74 xalla ikinci yerdə başa vurub, “Eyüpspor” isə heç-heçə sayəsində liqada qalmağı bacarıb.
“Fənərbaxça”nın qollarını 68-ci dəqiqədə Fred, 79 və 82-ci dəqiqələrdə Kerem Aktürkoğlu vurub.
Qonaq komandanın qollarını isə 17-ci dəqiqədə Leqovski, 36-cı dəqiqədə Metehan və 87-ci dəqiqədə Talha vurdu.
Final fitindən sonra “Eyüpspor”un futbolçuları sevinc göz yaşları ilə liqada qalmağı qeyd ediblər.