Xorvatiya Hava Yolları şirkətinə məxsus “Airbus A220-300” tipli sərnişin təyyarəsi Split hava limanında insidentlə üzləşib.
Globalinfo.az xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq otlu sahəyə sürüşüb.
Hadisə zamanı təyyarə uçuş zolağındakı işarə lövhəsinə və işıq sistemlərinə çırpılıb. Nəticədə hava gəmisinə ziyan dəyib.
Təyyarədəki sərnişinlərin və ekipajın təhlükəsiz şəkildə təxliyə olunduğu bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.