mm 1

Qərb siyasətçiləri Rusiya lideri haqda xoşagəlməz fikirlər söyləməzdən əvvəl iki dəfə düşünməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin ilk müəllimi Vera Qureviç deyib.

Onun sözlərinə görə, Rusiya uzun müddətdir dözsə də, “ayı”nın səbri sonsuz deyil.

“Bilirsiniz, Rusiya haqqında həmişə belə bir tabu olub: biz səbirliyik, bəzi şeyləri gec görürük. Amma ayıların da müəyyən dərəcədə səbri var.

Artıq qəzəblənmiş və hüquqlarını bilən bir ayı ilə qarşılaşmaq necə olar? Ona görə də bizə qarşı pis hiylə işlətməzdən əvvəl iki dəfə düşünün”, – Qureviç deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: