Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Xəstəxanada ağır vəziyyətdə olan və 12 gündür reanimasiyada qalan Çavuşoğlu həkimlərin bütün səylərinə baxmayaraq ölüb”, – deyə bildirilib.
Aydın Çavuşoğlunun dəfn mərasiminin 18 may, saat 14:00-da Alanya Türklər Mərkəzi Qəbiristanlığında keçiriləcəyi açıqlanıb.
Qeyd edək ki, iş adamı Aydın Çavuşoğlu mayın 6-da ofisində güllələnmiş vəziyyətdə tapılmışdı.
Xəstəxanaya qaldırılan Çavuşoğlu əməliyyat olunaraq, reanimasiyaya yerləşdirilmişdi.