hormuz 900x600 3

Tehran dost ölkələrdən gələn gəmilər üçün Hörmüz boğazından pulsuz keçid mexanizmi hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi sosial media səhifəsində məlumat verib.

 Əzizinin sözlərinə görə, İran tərəfindən müəyyən edilmiş marşrut boyunca gəmiçiliyin idarə olunması üçün “peşəkar mexanizm” tezliklə tətbiq olunacaq.

O yazıb ki, bu prosesdən yalnız kommersiya gəmiləri və Tehranla əməkdaşlıq edən tərəflər faydalana biləcəklər:

 “Marşrut Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün Amerikanın “Azadlıq Layihəsi” əməliyyatının iştirakçıları üçün bağlanacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: