IRAN ABS danisiq 900x506 2

ABŞ Tehranla nizamlanma prosesinin davam etməsi üçün İrana beş əsas şərt irəli sürüb.

Globalinfo.az xəbər verir ki, “Fars News Agency” agentliyi məlumat yayıb.

Şərtlərdən biri İran ərazisinin bombardmanı zamanı vurulan ziyana görə hər hansı kompensasiyanın ödənilməsindən imtinadır.

Vaşinqtonun digər şərti İran ərazisində yalnız bir fəaliyyət göstərən nüvə obyektinin saxlanılmasıdır:

“Həmçinin 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-a çıxarılmalıdır. Tələblərə əsasən, ABŞ İranın dondurulmuş vəsaitlərinin 25 faizindən çoxunu azad etmək niyyətində deyil.

Eyni zamanda, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması məsələsi danışıqlar zamanı həll edilməlidir”.

Qeyd edək ki, bundan əvvəl İran etimadın bərpası üçün beş ilkin şərt irəli sürmüşdü.

Paylaş: