AP16337116995793 pic4 zoom 1500x1500 73923

Kuba hakimiyyəti ABŞ-ın mümkün işğalından qorxaraq ölkənin müdafiəsini gücləndirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Kuba vətəndaşları hərbi təlim keçir və ABŞ-ın hücumu halında partizan müharibəsinə hazırlaşırlar. Ölkənin Mülki Müdafiə Agentliyi hərbi hücum zamanı necə hərəkət etmək barədə tövsiyələri özündə əks etdirən “ailə təlimatı” paylayıb”, – deyə bildirilib.

CNN qeyd edib ki, kubalılar vəziyyətə bir az qara yumorla yanaşırlar:

“Amerikalılar gələndə” ifadəsi onlar üçün uzun müddətdir davam edən problemin – iqtisadiyyatı daha da pisləşdirən enerji blokadasının sonunun simvoluna çevrilib.

Bundan əvvəl Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ-ın təcavüzünün ölkədə humanitar fəlakətə və “qan tökülməsinə” səbəb olacağını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: