Sabiq millət vəkili, milli azadlıq hərəkatının fəallarından biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sabiq sədri Hacıbaba Əzimov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar. H.Əzimov tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru olub. O, 1990-95-ci illərdə Milli Məclisin deputatı olub. Hacıbaba Əzimov Azərbaycanın Müstəqillik Aktının hazırlanmasında fəal iştirak edib.
Hacıbaba Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində doğulub.
Mərhumla vida mərasimi bu gün saat 16:00-da Bakı şəhərində yerləşən Təzəpir Məscidində keçiriləcək, daha sonra dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq.
