Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin narkotik asılılığı ilə bağlı yayılan iddiaların əsassız olmadığını düşünə biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə görüşdə Slovakiyanın kənd təsərrüfatı naziri Rixard Takaçın açıqlamalarını şərh edərkən danışıb.
“Düşünürəm ki, əgər hansısa məlumat davamlı şəkildə yayılırsa, bundan müəyyən nəticə çıxarmaq olar. Slovak atalar sözündə deyildiyi kimi, külək əsməsə, yarpaq tərpənməz. Media məkanında yayılan məlumatları şərh etməməyimiz və ya müzakirə etməməyimiz üçün səbəb görmürəm. Axı bunu biz deməmişik”, – deyə Fitso bildirib.
Rixard Takaç isə daha əvvəl Zelenski ilə bağlı yayılan iddiaların onun istefası üçün yetərli olduğunu iddia edib.
“Zelenski böyük qalmaqalın mərkəzinə düşüb. Onun keçmiş mətbuat katibi Yuliya Mendelin dedikləri, məncə, dərhal istefaya səbəb olmalıdır. Uzun müddətdir Zelenskinin narkotiklərə meyilli olduğu deyilirdi və indi bu təsdiqlənib”, – deyə Takaç bildirib.
Bu arada Slovakiyanın Ukraynadakı səfiri Miroslav Kastran Takaçın açıqlamalarını təkzib edib. O bildirib ki, bu cür bəyanatlar Ukrayna-Slovakiya münasibətlərinə və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinə təhlükə yaradır.
Aysel Əliyeva
Globalinfo.az