“Prezident Vladimir Putinin zənginləşdirilmiş uranın Rusiyaya daşınması təklifini müzakirə etməyə hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Mən Prezident Vladimir Putinlə görüşdüm və digər məsələlərlə yanaşı, bunu da müzakirə etdik. Moskva ilə bu mövzuda müzakirələr indi yox, daha sonra aparılacaq”, – deyə diplomat qeyd edib.
Martın 9-da Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.
Rusiya lideri İran ətrafındakı münaqişənin həlli ilə bağlı fikirlərini, o cümlədən Fars körfəzi dövlətlərinin liderləri ilə danışıqlarının nəticələrini bölüşüb.
“Axios” bildirib ki, söhbət zamanı İrandan Rusiyaya 450 kiloqram zənginləşdirilmiş uran ixrac etmək təklifi irəli sürülüb. Mənbələrə görə, Ağ Ev rəhbəri bu təklifi rədd edib.
Əliyar Xəlil
Globalinfo.az