ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatdakı əsas səhvi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton danışıb.
“O, NATO tərəfdaşları ilə məsləhətləşməməklə böyük yanlışlıq edib. Avropanın münaqişəyə reaksiyası vəziyyəti xeyli pisləşdirib”, – deyə o bildirib.
Bolton qeyd edib ki, bu, əslində Avropanın müharibəsidir.
Bundan əvvəl keçmiş rəsmi Trampın özünü İranla müharibədə tələyə saldığını bildirmişdi.
O əlavə etmişdi ki, ABŞ Prezidentinin iki variantı var: ya Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək , ya da dəniz limanlarının blokadasını davam etdirərkən ərəb ölkələrinin köməyi ilə Hörmüz boğazını zorla açmağa cəhd etmək.
Əliyar Xəlil
Globalinfo.az