yangin

Gəncədə yaşayış binasında yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Belə ki, Faxrəddin Hüseynova məxsus beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəx hissəsi tamamilə yanıb.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və canlı qüvvə cəlb edilib.

Görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.

93e8b881 47d5 4614 a88b 9ee3d14d5f40
a95d6243 e9c8 45d4 9b89 77ff682a83cd
99726597 60d0 44a0 b51c 1e4fdfcb2b25
b298d61f 5cab 40e2 8d6a d83ce7722321

Paylaş: