İranla münaqişə ABŞ-a ümumilikdə 1 trilyon dollara başa gələ bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusunun döyüş sursatları, o cümlədən yüksək dəqiqlikli silah ehtiyatlarını bərpa etməsi illər çəkə bilər.
Bundan əlavə, münaqişənin qlobal iqtisadiyyata təsiri də hesablamalara daxil edilir.
Bu vəziyyət artıq ABŞ-da yanacaq və digər malların qiymətlərinin artmasına səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az