
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından İrəvana səfər edən AECOM şirkətinin nümayəndə heyəti ilə görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, komanda TRIPP layihəsinin keçəcəyi ərazilərin araşdırılmasına başlamaq məqsədilə Ermənistana gəlib.
Görüş zamanı AECOM nümayəndələri hazırlanacaq texniki-iqtisadi əsaslandırma üzrə görülən işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.
Safura Bənnayeva
Globalinfo.az