putin 3 900x506 1

Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Oreşnik” orta mənzilli raket kompleksi nüvə başlıqları ilə təchiz oluna bilər.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, kompleks 2025-ci ildən döyüş növbətçiliyinə qəbul edilib.

Putin həmçinin “Sarmat” raket kompleksinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. O deyib ki, “Sarmat” ilin sonunadək döyüş növbətçiliyinə veriləcək və o, dünyada ən güclü raket sistemlərindən biridir.

Bundan başqa, Rusiya lideri “Poseydon” və “Burevestnik” layihələri üzrə işlərin yekun mərhələdə olduğu bildirilib.

Qeyd edək ki, “Sarmat”ın döyüş xidmətinə qəbul ediləcəyi daha əvvəl açıqlansa da, 2024-cü ildəki uğursuz sınaqlar səbəbindən proses gecikmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: