zelenski 111

Ukrayna Prezidenti Volodimir Zelenskinin yalnız hakimiyyəti qorumaqla bağlı narahatlığı var.

Globalinfo.az xəbər verir ki, bunu onun keçmiş mətbuat katibi Yuliya Mendel amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

“O, insanlarla maraqlanmır. O, hakimiyyəti qoruyub saxlamağı düşünür, tarixə böyük qəhrəman kimi düşməyin qayğısına qalır”, – deyə o bildirib.

Daha əvvəl bildirilirdi ki, Ukraynadan Ali Rada deputatlarının qaçması Zelenskinin hakimiyyətdə qalmasını ciddi şəkildə təhdid edir.

Media orqanları xatırladıb ki, münaqişə başlayandan bəri Zelenski hərbi vəziyyət şəraitində seçkilərsiz hakimiyyət sürüb. Qeyd olunur ki, başqa bir deputat gedərsə, Zelenski təsirinin böyük hissəsini itirəcək və nəticədə koalisiya axtarmağa məcbur olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: