federov

Ukrayna Müdafiə Qüvvələri artıq Almaniyanın “Taurus” sistemlərinə bənzər xüsusiyyətlərə malik raketlərə sahibdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Naziri Mixaylo Fedorov alman həmkarı Boris Pistoriusla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Artıq eyni və hətta daha uzun məsafələrdə işləyən raketlərimiz var. Lakin onların sayı çox deyil. Buna görə də Ukrayna həmişə daha çox silaha sahib olmağa çalışır. Amma indi biz bu sahədə müəyyən müstəqillik qazanırıq”, – deyə nazir bildirib.

Pistorius öz növbəsində Ukrayna və Almaniyanın 1500 km-ə qədər mənzilli dronların birgə istehsalına başlayacağını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: