305567

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkə hakimiyyətinin Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə açıq şəkildə xələl gətirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, seçicilərlə görüş zamanı respublikanın keçmiş rəhbəri Rusiyanın “səbri tükənəndə” radikal qərarlar qəbul edəcəyini vurğulayıb və vətəndaşları bu halda nə edəcəklərini düşünməyə çağırıb.

Rusiya böyük və çox səbirli bir ölkədir, amma keçildikdə bağışlamayan bir sərhəd var və bunun çoxsaylı nümunələri var”, – deyə Köçəryan vurğulayıb.

Qeyd edək ki, o, əvvəllər Ermənistanın Avropa İttifaqına (Aİ) qoşula bilməyəcəyini bildirmişdi. Köçəryan vurğulamışdı ki, Aİ daxilində ciddi böhran yarandığı üçün genişlənmə siyasətini dayandıra bilər və üzvləri indi “nə istədiklərini və hara getdiklərini” anlamalıdırlar.

Tahir Turan
Globalinfo.az

Paylaş: