mirzoyan 900x671 2

Ermənistan gələcəkdə Avrasiya İqtisadi İttifaqı  (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olsa, bu qərarı təbii şəkildə verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Aİİ-də qalması və ya Avropa İttifaqına doğru istiqamətlənməsi ilə bağlı açıqlamalarına cavab olaraq bildirib ki, hazırda Ermənistan Aİİ üzvüdür və ölkəyə “çıxın” deyilməyib.

Ararat Mirzoyan əlavə edib ki, mövcud üzvlük qüvvədədir və Ermənistan bu çərçivədə fəaliyyətini davam etdirir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: