69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 42

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirlər proqramı çərçivəsində Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı 103 ədəd Eldar şamı əkilib, ərazidə abadlıq işləri aparılıb və yeni yaşıllıq zolaqları salınıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə nümayəndələri iştirak ediblər. Ümummilli liderin 103 illik yubileyi münasibətilə məhz 103 ağacın əkilməsi tədbirə xüsusi rəmzi məna qazandıraraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramın parlaq ifadəsi kimi dəyərləndirilib.

Bununla yanaşı, Xətai rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə 100-dən çox şagird iştirak edərək ümummilli liderin dövlətçilik fəaliyyəti, xalq qarşısındakı tarixi xidmətləri və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan bəhs edən yazılar təqdim ediblər.

Silsilə tədbirlər çərçivəsində rayon gəncləri arasında şahmat turniri də təşkil olunub. Turnirin final mərhələsində Xətai rayonunun 29 məktəbinin komandaları mübarizə aparıb, yarışın yekununda qaliblər müəyyənləşdirilib.

Keçirilən tədbirlər Heydər Əliyevin zəngin siyasi irsinin təbliği, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, ekoloji dəyərlərin təşviqi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyıb.

0a4e12e20944bf1ed2fefa6110aba9c2 2f44c7fb02ea86f6795fa712c5618822 3d55c62a376c08800e675441d8185531 49f96ec163ac36fd2de8e84a9d59ddaf 73741deb285f740ec09adb8b0afd56bd 995226fb745ae00f59f7b9172334799c c6f1dc444d1bae9f13686bb7b8e08bf8 f48df480eb098ef64635f5bc19f5c366 fd3381d00a4f8fc4d752aa91744c97cf fd9215f005dfd2dcbbbf7f98e8deef37

Paylaş: