“Ukrayna Rusiyaya qarşı münaqişədə onu dəstəkləyən müttəfiqləri ilə silah paylaşmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko deyib.
“Bu barədə siyasi qərarımız var. Amma bu, bizi dəstəkləyən ölkələrə aiddir. Məsələn, Polşa belə müttəfiqlərdən biridir”, – deyə o bildirib.
Mişenko qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi Ukrayna müəssisələrindən asılı olacaq.
O vurğulayıb ki, Ukraynanın özünün artilleriya sursatına, təchizatına və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Əliyar Xəlil
Globalinfo.az