“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın davranışında panika görürəm”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev deyib.
Onun fikrincə, B.Obama beynəlxalq tədbirlərdə müəyyən məqsədlə görünür.
Rusiyalı rəsmi hesab edir ki, Obama “kölgədən çıxaraq” beynəlxalq tədbirlərdə ictimai görünüşünü artırmaqla özünə əlavə müdafiə yaratmağa çalışır.
Dmitriyev bu fikirləri Kanadanın baş naziri Mark Carneynin Torontoda Obama ilə görüşdən paylaşdığı videoya münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, Barak Obama həm də hazırkı ABŞ Prezidenti Donald Tramp haqqında təəssüratlarını bölüşüb.
O bildirib ki, Tramp 2016-cı ildə Ağ Evə səfəri zamanı Rusiyadan və Şimali Koreyadan gələn milli təhlükəsizlik riskləri ilə bağlı söhbətlərə laqeyd görünürdü.
Əliyar Xəlil
Globalinfo.az