“9 may Rusiya Prezidenti Vladimir Putin üçün gərgin iş günü olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə deyib.
“Prezident üçün hər 9 May çətin iş günüdür.
O, naməlum əsgərlərin məzarına əklil qoyma mərasimində iştirak edəcək, 9 May şənlikləri üçün Moskvaya gələn qonaqların şərəfinə qəbul və ikitərəfli görüşlər marafonu keçirəcək. Putin həmçinin Qırmızı Meydanda çıxış edəcək”.
Prezidentin çıxışının böyük bir hadisə olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib:
“Bu, həmişə böyük bir hadisədir”.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl Rusiyanın 9 May şənliklərinə rəsmi olaraq heç kimi dəvət etmədiyini, sadəcə bütün qonaqları məmnuniyyətlə qarşılayacağını demişdi.
Əliyar Xəlil
Globalinfo.az