NjYyNDkwYQs4Gzh3RAxsHntDbC0CVWJILFt0ZkRGfFJpAWEiAhsrGDwJIWoMBTsaOA4 ahsbYQspEGEyWlgqAyoJIiUSWCsHOxwqa1tPew84Gyh9RhZ5DmlUenNeRWNTOk94aVtPLFxvS3p9WxR8X3sE 14

Rusiyanın “Birinci kanal”ının saytından “Zaman göstərəcək” (“Vremya pokajet”) proqramının mayın 7-də efirə gedən buraxılışı silinib. Həmin verilişdə mövcud olmayan “Dağlıq Qarabağ” adlı qurumun adının keçdiyi təhrif edilmiş Azərbaycan xəritəsindən istifadə edilmişdi.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən süjet daha əvvəl rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, belə xəritənin Rusiya dövlət kanalında nümayiş etdirilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır.

Paylaş: