Sabah bu gün eşidəcəyimiz şeylərdən asılıdır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sabah atəşkəsin taleyi ilə bağlı son açıqlamasında deyib.
Zelenski qeyd edib ki, dünən Ukrayna Rusiyanın əvvəlki hava hücumlarına cavab verib: “Dünən biz Rusiya Federasiyasının hava hücumlarına cavab verdik”.
O vurğulayıb ki, gələcək addımlar qarşı tərəfin davranışından asılı olacaq.
“Biz tamamilə “güzgü prinsipi” ilə hərəkət edəcəyik”, – Ukrayna lideri əlavə edib.
Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib.