
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi Şirak bölgəsində yerləşən “Güclü Ermənistan” partiyasının ofisində axtarışlar aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar həm Şirak, həm də Maralik regional ofislərini əhatə edib, bəzi şəxslər saxlanılıb:
“İstintaq 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində vətəndaşlara rüşvət paylanması iddiaları ilə bağlıdır”.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyasının sədri rusiyalı oliqarx Samvel Karapetyandır.
Safura Bənnayeva
Globalinfo.az