NjYyNDkwYQs4Gzh3RAxsHntDbC0CVWJILFt0ZkRGfFJpAWEiAhsrGDwJIWoMBTsaOA4 ahsbYQspEGEyWlgqAyoJIiUSWCsHOxwqa1tPew84Gyh9RhZ5DmlUenNeRWNTOk94aVtPLFxvS3p9WxR8X3sE 12

Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.

Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Marca” portalı məlumat yayıb.

Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nın rəsmi mahnısı olan “Dai Dai” trekindən qısa hissəni sosial şəbəkə hesablarında paylaşıb.

Mahnının rəsmi təqdimatı mayın 14-nə planlaşdırılıb. “Dai Dai” üçün çəkilən klip Braziliyanın məşhur Marakana stadionunda lentə alınıb.

Xatırladaq ki, Şakira bundan əvvəl 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının rəsmi himni olan “Waka Waka” (This Time for Africa) mahnısını da ifa etmişdi.

Paylaş: