İran Xarici İşlər Nazirliyi ABŞ-ın təklifinə münasibət bildirib. Rəsmi Tehran Vaşinqtonun irəli sürdüyü təşəbbüsə hələlik cavab verməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqai IRNA agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, İran ABŞ tərəfinin Pakistanın vasitəçiliyi ilə təqdim etdiyi təklifi hazırda nəzərdən keçirir.
Bəqai əlavə edib ki, məsələ ilə bağlı yekun qərar qəbul olunandan sonra ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ABŞ-ın 2026-cı ilin fevral ayından etibarən Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarındakı kontingentini artıraraq 50 min hərbçiyə çatdırdığı barədə məlumat yayılıb. Bu addımın İranla artan gərginlik fonunda atıldığı bildirilir.
Əliyar Xəlil