69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 28

ABŞ Ədliyyə Nazirliyi Ukraynanı silah idxalına məhdudiyyət tətbiq olunan ölkələr siyahısından çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina məlumat verib.

Onun sözlərinə görə, qərar müəyyən kateqoriyalı Ukrayna silahlarının, sursatlarının və komponentlərinin ABŞ-a daimi idxalına hüquqi imkan yaradır.

Eyni zamanda, bu addım Ukraynanın “DefenseTech” şirkətlərinin ABŞ bazarına çıxışındakı süni maneələri aradan qaldırır.

Yeni qaydalara əsasən, Ukraynadan gətirilən odlu silahlarla bağlı müraciətlər ABŞ-ın ATF agentliyi tərəfindən hər bir hal üzrə ayrıca qiymətləndiriləcək və avtomatik rədd edilməyəcək.

Qaydaların ictimai müzakirəsi 6 iyul 2026-cı ilədək davam edəcək. Bundan sonra yekun qərar hazırlanacaq və digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra dərc olunacaq.

Beləliklə, silah idxalına məhdudiyyət tətbiq olunan ölkələr siyahısında yalnız Rusiya qalacaq.

Əvvəlki qaydalar 1997-ci ildən qüvvədə idi və Ukrayna daxil olmaqla bir sıra keçmiş sovet respublikalarından silah idxalını qadağan edirdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: