Türkiyənin İstanbul şəhərində Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, Panama bayrağı altında üzən “Queen Bee” gəminin mühərrikində nasazlıq yaranıb. Nasazlığın aradan qaldırılması istiqamətində tədbir görülür.