qebiristanliq

Xəbər verdiyimiz kimi, Bakıda “Fatimeyi-Zəhra” məscidinin yaxınlığındakı qəbiristanlıqda iki yaşlı oğlan uşağı tapılıb. Artıq o, dövlət tərəfindən himayəyə götürülüb, zəruri tibbi, sosial proseduralar tətbiq edilir.

Bəs övladını küçəyə atan valideynə qanunvericiliyə əsasən hansı cəza verilir?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən cəza nəzərdə tutulur:

“Belə ki, həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq imkanından məhrum şəxsi bilə-bilə köməksiz qoymaq və həmin şəxsə yardım göstərilməli olduğu halda bundan imtina etmək Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən cinayət hesab olunur. Bu halda artıq cinayət məsuliyyəti yaranır”.

Vəkil qeyd edib ki, mövcud vəziyyətdə valideynin övladını məscidin qarşısına gətirərək bu şəkildə tərk etməsi cinayət məsuliyyəti yaradır:

“Şəxsin bu əməli CM-in 143-cü maddəsinə uyğun olaraq 100 manatdan 1500 manatadək cərimə, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: