a 0

Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat etmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.

asif-hekim-defn-edildi

***14:05

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.

Globalinfo.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, mərhum bu gün doğulub boya-başa çatdığı Göyçay rayonunun Qaraxıdır kəndində dəfn olunacaq.

Bildirilib ki, dəfn mərasimində rayon rəhbərliyinin, eləcə də Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, dəfn mərasimindən sonra mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunacaq.

Xatırladaq ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Paylaş: