for 1

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başa çatıb.

Globalinfo.az bildirir ki, bu gün keçirilən panel iclasları ilə Foruma yekun vurulub.

***14:50

Azərbaycanın Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Forum çərçivəsində “Afrikanın geostrateji əhəmiyyəti: Perspektivlər və çağırışlar” mövzusunda növbəti panel iclası keçirilib.

2015-2018-ci illərdə Mavritaniyanın Prezidenti Amina Qurib-Fakimin moderatorluğu ilə keçirilən panel iclasında Mavritaniyanın 1992-1997; 1997-2002-ci illərdə Prezidenti Kassam Utim, Seneqalın 2013-2014-cü illərdə Baş naziri Aminata Ture, Malavinin 2012-2014-cü illərdə Prezidenti Coys Banda, BMT-nin Baş katibinin Qərbi Afrika üzrə 2003-2007-ci illərdə xüsusi nümayəndəsi, BMT-nin 2007-2010-cu illərdə Somali üzrə xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah, “Liberal International” təşkilatının Prezidenti; Mərakeşin 2013-2017-ci illərdə Ətraf Mühit naziri, Mərakeşin 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite və 1999-2010-cu illərdə Niger xarici işlər naziri, BMT-nin 2013-2017-ci illərdə Kot d’İvuar üzrə xüsusi nümayəndəsi, “IPITI Consulting”-in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu iştirak ediblər.

İclasda çıxış edən Mərakeşin 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite bildirib ki, sülhü birlikdə qurmaq olar: “Sülh ancaq birlikdə qurula bilər”.

O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri bəşəriyyətin qarşılaşdığı ən çətin problemdir: “20 ildən sonra iqlim dəyişikliyinin bütün nəticələri geri dönməz olacaq. İqlim dəyişikliyindən zərər görən ölkələrdən danışarkən sənayeləşmiş ölkələr emissiyaları dayandırmalıdırlar”.

BMT-nin 2013-2017-ci illərdə Kot d’İvuar üzrə xüsusi nümayəndəsi, “IPITI Consulting”-in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu X Qlobal Bakı Forumunun təşkilatçılarına təşəkkür edib: “Bu, çox vacib bir forumdur. Burada vacib məsələləri müzakirə etmək mümkündür”.

Onun sözlərinə görə, bəziləri deyirlər ki, Afrika ən çox əhalisi olan regiondur: “Mən isə deyirəm ki, Afrikanın kifayət qədər əhalisi yoxdur. Afrikada əhalinin çox olması barədə fikir dəyişilməlidir. İnsanlar aqressiya, hücumlar barədə danışırlar. Bu, hazırda Ukraynada baş verməkdədir”.

Digər panel iştirakçıları da Afrikanın geostrateji əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Bununla da panel iclası başa çatıb.

***12:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilib.

2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak ediblər.

Panel iclasında çıxış edən Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa qeyd edib ki, Yaxın Şərq regionu nüvə və digər təhlükəli silahlardan azad olmalıdır.

Onun sözlərinə görə, Fələstin ərazilərində qanunların işlədiyi görülmür:

“Bunu masaya gətirmək lazımdır. Qəzzada xarici işğal bitməlidir. İsraili Yaxın Şərq icmasının üzvü olaraq da tanımalıyıq. Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ var. İsrailin də var olmaq, təhlükəsizlik hüququ var. Biz burada sülh tərəfdarıyıq”.

Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu qeyd edib ki, Yaxın Şərqdə əməkdaşlıq və sülhlə bağlı məsələ uzun müddətdir müzakirə olunur:

“Biz Yaxın Şərq insanlara diqqət yetirdikdə görürük ki, müəyyən dəyərləri və yanaşmaları bölüşürlər. Bölgədə radikalizm və terror vardır. Bu regionun insanları sülh içində yaşamaq istəyirlərsə, onlar bu cür mühitin yaradılması haqqında düşünməlidirlər”.

E.İhsanoğlu vurğulayıb ki, Yaxın Şərq ölkələri arasında iqtisadi və ticari əlaqələrin qurulması da münasibətlərin normallaşmasına gətirib çıxara bilər:

“Bu region digərləri ilə müqayisədə daha bir-birinə bağlıdır. Bölgənin daxilindəki və xaricindəki qüvvələrlə heç bir düşmənçilik olmamalıdır”.

Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud isə düşünür ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yenilənməlidir.

O, Yəməndəki hadisələrə də toxunub: “Ümid edirəm ki, orada da sülh olacaq”.

Panel iclası çıxışlarla davam etdirilib.

***11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilir.

2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004- 2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak edirlər.

Panel iclası çıxışlarla davam edir.

***10:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilib.

Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015-ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiyanın Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak ediblər.

İclasda çıxış edən 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç həmişə qonşu ölkələrin Aİ və NATO-ya daxil olmasını dəstəklədiyini bildirib:

“Aİ qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkanları üzv etməlidir. Hesab edirəm ki, Balkan ölkələrinin Aİ-yə qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq. Zaman dəyişdi, Ukraynadakı müharibə Aİ-nin bütün təhlükəsizliyini pozdu”.

Eks-prezidentin sözlərinə görə bəzi ölkə rəhbərləri son zamanlar söyləyirlər ki, Aİ üzvü olmaq istəyirlər: “Mənə maraqlıdır ki, onlar bu sözü deyən zaman nə qədər səmimidirlər?!”

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov isə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olunması çox vacibdir:

“Cənab Volodimir Zelenski də bu prosesin tezləşdirilməsini xahiş edib. Artıq Ukraynanın Avropa İttifaqına üzv olmasına dair prosedurun həyata keçirilməsi sürətli şəkildə başlanılıb. Bildiyiniz kimi, Ukraynadan başqa Gürcüstan və Moldova da Aİ-yə üzvlüklə bağlı müraciət ediblər”.

Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku vurğulayıb ki, Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyası olmasa bu qurumda hər hansı bir inkişaf olmayacaq.

Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiçin fikrincə belə forumlarda danışmaq lazımdır: “Biz məqsədlərdən danışmalıyıq. Hesab edirəm ki, Qlobal Bakı Forumu faydalı olacaq. Rusiyanın Ukraynaya təcavüzü Monteneqrodakı vəziyyətə də təsir göstərib. Bizdə iki həftədən də az müddətdə prezident seçkiləri keçiriləcək. Monteneqro kiçik ölkədir. Biz böyük alyansın üzvü olmalıyıq”.

Panel iclası çıxışlarla davam etdirilib.

***09:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilir.

Bosniya və Herseqovinanın 2001-2002- ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015- ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiya Respublikasının Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak edirlər.

Hazırda panel iclası çıxışlarla davam edir.

for 2 for 3

Paylaş: