vens 3

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı qısa müddətli çaşqınlıq yaşayıb.

Globalinfo.az xəbər verir ki, çıxış nitqini yazılı mətndən oxuyan Vens, bir anda əlindəki səhifənin yanlış olduğunu anlayıb.

O, nitqini dayandıraraq vərəqləri axtarmağa başlayıb və köməkçisinə səhifəni itirdiyini bildirib.

Bir neçə saniyə davam edən bu qarışıqlıq zamanı vitse-prezidentin tərəddüd etdiyi və ətrafa baxdığı müşahidə olunub.

Daha sonra düzgün səhifəni tapan Vens, çıxışını davam etdirib və nitqini problemsiz şəkildə başa vurub.


Safura Bənnayeva
Globalinfo.az

Paylaş: