69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 3

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlayaraq onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edib. Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Kaya Kallasın ölkəmizə səfərinin məqsədi nədir?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr bir neçə mühüm strateji istiqamət üzrə inkişaf edir və dərinləşir:

“Bu istiqamətləri üç əsas kateqoriyada təsnifləşdirmək olar: enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və geostrateji təhlükəsizlik.
Göründüyü kimi, hər üç istiqamət üzrə Azərbaycanın həyata keçirdiyi strateji layihələr Avropa Birliyi ilə ölkəmiz arasında əlaqələrin inkişafını və dərinləşməsini zəruri edir. Bu gün ölkəmiz Avropanın ən etibarlı enerji təminatçılarından biridir. Bu yaxınlara qədər Azərbaycan qazı Avropanın 9 ölkəsinə ixrac edilirdisə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Avstriya və Almaniya da bu siyahıya qoşulub. Beləliklə, Avropa İttifaqına üzv olan ölkələr Azərbaycandan qaz idxal edir. Mövcud mürəkkəb enerji təhlükəsizliyi şəraitində Azərbaycan ilə etibarlı tərəfdaşlıq daha da dərinləşir.

Təsadüfi deyil ki, Kaya Kallas Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII Zirvə Görüşündən dərhal sonra Azərbaycana səfər etdi. Bu, xüsusi əhəmiyyət daşıyır. Hətta Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta da Ermənistanda olarkən Prezident İlham Əliyevin sammitə video formatda qoşulmasını yüksək qiymətləndirdi. Lakin bütün bunlar məsələnin yalnız bir hissəsidir.

Azərbaycan bu gün həm öz milli maraqları, həm də regional inkişaf kontekstində strateji sülh konsepsiyası ilə çıxış edir. Ölkəmiz Ermənistan ilə sülhün əldə olunması istiqamətində addımlar atır, birtərəfli qaydada nəqliyyat blokadasını aradan qaldırıb, Ermənistanın neft və neft məhsulları ilə təmin olunması üçün təşəbbüslər irəli sürüb. Bu isə Cənubi Qafqaz ilə Avropa arasında sabit tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.

69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 11

Hikmət Babaoğlu

Heç şübhəsiz, bütün bunlar Azərbaycan Prezidenti ilə Avropa icra strukturlarına rəhbərlik edən liderlər arasında formalaşmış münasibətlərin nəticəsidir. Təəssüf ki, bəzən Avropa Parlamenti bu sülh gündəliyinə zərbə vurmağa çalışır və müəyyən lobbi qruplarının təsiri altına düşür.

Lakin bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə ciddi təsir göstərmir. Bu gün qarşıda duran əsas vəzifə mövcud problemlərin aradan qaldırılmasıdır və Azərbaycan ilə Avropa İttifaqına üzv ölkələr bu istiqamətdə qətiyyətli addımlar atır. Kaya Kallasın ölkəmizə səfəri də bunun bariz sübutudur”.

Politoloq Oqtay Qasımov isə bildirib ki, Kaya Kallasın və Avropanın bir çox liderlərinin Azərbaycana səfərinə bir neçə aspektdən baxmaq lazımdır:

“İlk növbədə qeyd etmək lazımdır ki, RusiyaUkrayna müharibəsindən sonra Avropa–Asiya ticarətində alternativ marşrutlara ehtiyac artıb və bu kontekstdə Orta Dəhliz ön plana çıxıb. Ən mühüm məsələ isə odur ki, bu dəhlizin əsas logistik və infrastruktur dayaqları məhz Azərbaycandan keçir. Xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər üzərindən daşımalar bu marşrutun effektivliyini təmin edən əsas elementlərdir.

69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 12

Oqtay Qasımov

Digər tərəfdən, Yaxın Şərqdə və Qırmızı dəniz hövzəsində yaranan risklər Süveyş kanalı üzərindən daşımaları çətinləşdirir ki, bu da Orta Dəhlizin alternativ kimi əhəmiyyətini daha da artırır.

Digər mühüm aspekt isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldur. Bu gün ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük edir. Bu dəhlizin əsas komponentləri olan TANAP və TAP Avropanın enerji təhlükəsizliyində kritik rol oynayır. Mövcud şəraitdə bu layihələrin əhəmiyyəti daha da artır və gələcəkdə tədarük coğrafiyası genişlənəcək.

Məhz bu reallıqlar fonunda Corciya Meloninin Azərbaycana səfəri zamanı enerji, nəqliyyat və logistika məsələlərinin əsas müzakirə mövzusu olması təsadüfi deyil.

Kaya Kallasın səfəri isə təkcə iqtisadi və enerji məsələləri ilə məhdudlaşmır. Bu səfər həm də AzərbaycanErmənistan sülh prosesinə siyasi dəstək, eyni zamanda Avropanın bəzi institutlarında formalaşan qərəzli yanaşmalara qarşı daha balanslı mövqenin ortaya qoyulması baxımından əhəmiyyətlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: