ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib və rəsmi Tehrana ağıllı davranaraq təslim olmağı” tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın tətbiq etdiyi blokada son dərəcə güclüdür və heç kim buna qarşı çıxmağa cəsarət etməyəcək. O, həmçinin İranın maliyyə sisteminin çökəcəyinə ümid etdiyini də vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, İran əslində razılaşma əldə etmək istəyir, lakin rəsmi çıxışlarında fərqli mövqe sərgiləyir:
“Onlar mənimlə hörmətlə danışırlar, amma televiziyaya çıxanda bunu inkar edirlər”, – Ağ Ev rəhbəri bildirib.
ABŞ lideri həmçinin iddia edib ki, İranın hərbi potensialı ciddi şəkildə zəifləyib və onların donanması əsasən kiçik sürətli qayıqlardan ibarətdir.
Çıxışının sonunda Tramp İranı təslim olmağa çağırıb:
“Onlar ağıllı davranmalıdırlar. Biz müharibə və insan itkisi istəmirik, amma Tehranın şansı yoxdur”, – ABŞ lideri vurğulayıb.
Əliyar Xəlil