ABŞ prezidenti Donald Tramp bu həftə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ və İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ İrana qapalı kanallar vasitəsilə “azadlıq əməliyyatı”na başladığı barədə məlumat verib. Əməliyyatın Hörmüz boğazı ərazisində gəmilərin təhlükəsiz çıxarılmasını təmin etmək məqsədi daşıdığı və bunun eskalasiya riskini azaltmaq üçün edildiyi bildirilib.
Eyni zamanda ABŞ müdafiə naziri Pit Heqseth qeyd edib ki, Hörmüz boğazında aparılan hərbi əməliyyatlara baxmayaraq İranla atəşkəs rejimi qüvvədə qalır.
Buna baxmayaraq həm ABŞ, həm də İsrail rəsmilərinin fikrincə, danışıqlarda çıxılmaz vəziyyət davam edərsə, Donald Tramp yaxın günlərdə İranla hərbi qarşıdurmanın yenidən başlanmasına dair qərar verə bilər.
Əliyar Xəlil