vaqner

Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Sayadov Orxan Fazil oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Paylaş: