Ermənistan hüquq-mühafizə orqanları İrəvan merinin müavini Qevorq Simonyanın ofisində axtarış aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindəki mənbə məlumat verib.
“Merin müavini saxlanılıb. Hazırda dindirilmə aparılır. İstintaq tədbirləri həyata keçirilir”, – deyə komitə üzvü bildirib.
O dövlətə xeyli ziyan vurmaqda ittiham olunur.
Onunla birlikdə daha 10 nəfər saxlanılıb.
Qeyd edək ki, Qevorq Simonyan 2022-ci ilin fevralında İrəvan merinin müavini vəzifəsinə təyin edilib.